NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Kiyevə getdikcə təkmilləşən silahların verilməsinə baxmayaraq, NATO hələ də özünü Ukraynadakı münaqişənin tərəfi hesab etmir. O, bu barədə təşkilata üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin Osloda keçirilən qeyri-rəsmi görüşündən sonra YouTube-da yayımlanan mətbuat konfransında bildirib.
Stoltenberqin sözlərinə görə, döyüşlər getdikcə silah təchizatı da inkişaf edir. Alyans Ukraynanı əvvəlcə yüngül tank əleyhinə silahlar, daha sonra artilleriya, hava hücumundan müdafiə sistemləri, tanklar və qanadlı raketlərlə təmin edib.
“Biz bunu ona görə edirik ki, inanırıq ki, ukraynalılar onlardan daha çox torpaq almaq üçün istifadə edə bilərlər. Amma bizim siqnalımız dəyişməz olaraq qalır: NATO münaqişə tərəfi deyil”, - alyansın rəhbəri vurğulayıb.