Naxçıvanda su quyusundan meyit çıxarılıb

17:20 02.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ordubad rayonunun Dəstə kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən verilən xəbərə görə, müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.