Yazını böyüt
Yazını kiçilt
Hazırda taksilərdə taksimetr və proqram təminatı var, əlavə cihazın quraşdırılmasına ehtiyac görülmür. Amma lazım olduğu təqdirdə, zəruri cihazların qurulması mümkündür.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov parlamentin növbədənkənar sessiyasının iclasında “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsinin müzakirələrində deyib.
Nazir müavini diqqətə çatdırıb ki, reysqabağı tibbi müayinə zamanı sürücünün alkoqoldan istifadə edib-etməməsi yoxlanılır. Onun sözlərinə görə, vətəndaşla məmur arasında təmasın olmaması üçün reysqabağı tibbi müayinəyə şəraiti qarajda sahibkar özü təmin edir.