Nazirlikdən güclü külək xəbərdarlığı

13:33 02.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında xəbərdarlıq yayıb.

Xidmətdən hafta.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 2-si gündüzdən 3-ü gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 2-si gündüzdən 3-ü gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.