İsrail Həmkarlar İttifaqıbıb sədri Bar-David ölkənin cənubundakı Birussebi şəhərində keçirilən konfransda baş nazir Benyamin Netanyahunu və hökumətini tənqid edib.
Hafta.az-ın “Times of Israel” qəzetinə istinadən yazdığına görə, Netanyahunun "İsrailə fəlakət gətirdiyini" bildirən Bar-David, "O, bizi uçurumun kənarına apardı. Biz çıxılmaz vəziyyətdəyik və yalnız bir çıxış yolu var: O, baş verənlərə görə məsuliyyət daşımalı, sonra özü ilə bağlı qərarlar verməlidir. Mən onun yerinə olsaydım, istefa verərdim” deyib.
Bar-David Netanyahunu yeni seçkilər üçün tarix təyin etməyə çağırıb və xəbərdarlıq edib ki, o, hakimiyyəti əldə saxlamağa çalışarsa, iqtisadiyyatın böyük hissəsini dayandırmaq gücünə malik olan birlik də hökumətə qarşı etirazlara qoşulacaq.
Birlik sədri Qəzzaya hücumların davam etməsi və Hizbullah-la qarşıdurmaların artması təhlükəsi səbəbindən hazırda seçkilərin məqsədəuyğun olmayacağını, lakin dekabrda yeni seçkilərin keçirilə biləcəyini bildirib: "Ölkə belə davam edə bilməz. İsrailin dirçəlişə ehtiyacı var”.
Son həftələr İsraildə erkən seçki çağırışları səsləndirilsə də, Netanyahu seçki ideyasını rədd edir.