Nigeriyada kilsəyə hücum

19:53 29.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nigeriyanın cənubundakı Ekiti ştatında silahlı şəxslərin kilsəyə hücumu nəticəsində keşiş öldürülüb, kilsədə olan bir neçə şəxs isə qaçırılıb.

Hafta.az xəbər verir ki, hadisə İda Onyo Ekiti qəsəbəsində açıq havada keçirilən dini mərasim zamanı baş verib.

Yerli mənbələrin məlumatına görə, hücumçular daha sonra bir qrup dindarı yaxınlıqdakı meşəlik əraziyə aparıblar. Qaçırılanlar arasında yaşlı şəxslərin və uşaqların olduğu bildirilir.

Yerli polis faktı təsdiqləyib. Nigeriya təhlükəsizlik qüvvələri əraziyə cəlb olunub və hücum edənlərin axtarışına başlayıb.