Nigeriyada koronavirusa qarşı iki peyvənd hazırlandı

15:59 23.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nigeriyada koronavirus xəstəliyinə qarşı iki peyvənd dərmanı hazırlanaraq klinik sınaqlara təqdim olunub.

 

Hafta.az xəbər verir ki, bu barədə ölkə prezidentinin COVID-19 ilə bağlı yaratdığı İşçi Qrupun rəhbəri, federal hökumət katibi Boss Mustafa Abucada brifinqdə deyib.

 

“Nigeriyalı alimlərin hazırladığı COVID-19-a qarşı azı iki peyvənd dərmanının klinik sınaqlarını və sertifikat almasını gözləməsi əlamətdardır. Bu gözəl hadisə elmi sıçrayışda yeni üfüqlər açaraq ölkənin tibb sənayesinin ovqat və imicini yüksəldəcək”, – o bildirib.

 

Hökumət nümayəndəsi rəsmi qurumları “başqa tədqiqatçıları də həvəsləndirmək üçün” dərmanların lazımi sertifikat almasına müvafiq dəstək göstərməyə çağırıb.

 

İşçi qrupun rəhbəri həmçinin Oksford – “Astra Zeneca” dərmanından 300 min doza aldıqlarını söyləyib.