Yazını böyüt
Yazını kiçilt
1994-cü ildə çəkdiyi "Günəşdən yanmış" filmi ilə "Ən yaxşı xarici film" nominasiyasında Oskar qazanan rusiyalı kinorejissor Nikita Mixalkov sensasion iddia ilə çıxış edib.
Hafta.az-ın “Moskovskiy komsomolets” qəzetinə istinadən yazdığına görə, məşhur rejissor keçmiş deputatların ölkədə çevriliş təşkil etməyə hazırlaşdığını iddia edir.
Mixalkov Rusiyadan qaçan bu şəxslərin niyyətlərini gizlətməyə belə ehtiyac duymadığını bildirib.
Rejissor Polşada “Yeni Azad Rusiya Parlamenti” adı altında toplaşan qrupda 60 keçmiş deputatın olduğunu deyib.
Nikita Mixalkov bildirib ki, bu insanlar güc tətbiq etməklə və Qərbin dəstəyi ilə hakimiyyəti devirmək istəyiblər.