Yazını böyüt
Yazını kiçilt
Myanmada sabiq dövlət müşaviri Aun San Su Çji 4 il müddətinə azadlıqdan məhrum olunub.
APA xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Aun San Su Çji ordu daxilində nifaq salmaqda və koronavirusun profilaktikası ilə bağlı qaydaları pozmaqda ittiham olunub. O, 2021-ci il fevralın 1-də Myanmada baş verən hərbi çevrilişdən sonra həbsdə idi.
Aun San Su Çji 1991-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.