Norveç silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirir

19:18 31.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Norveçin baş naziri Jonas Store ölkənin silahlı qüvvələrinin daha yüksək hərbi təhlükə səviyyəsinə keçdiyini açıqlayıb.

“Bu, son bir neçə onillikdə vəziyyətin ən ciddi fəsadıdır”, - deyə o, əlavə edib ki, Rusiyadan gələn təhlükəyə dair konkret sübut olmasa da, artan gərginlik ölkəni müxtəlif növ təhdidlərə, kəşfiyyat əməliyyatlarına qarşı daha həssas edir.

Formal olaraq, yeni hazırlıq səviyyəsi noyabrın 1-də, ölkənin silahlı qüvvələrinin Norveç neft platformalarının mühafizəsinə göndərilməsinə səbəb olan “Şimal axını” qaz kəmərində baş vermiş insidentdən cəmi bir neçə həftə sonra qüvvəyə minəcək.

Bundan əlavə, Reuters-in Müdafiə Nazirliyinin sözçüsünə istinadən verdiyi məlumata görə, Norveç Hərbi Hava Qüvvələri özünün F-35 qırıcılarının ABŞ-da təlimini ləğv edib, çünki hazırda Oslo onları “Norveçdə saxlamağa üstünlük verir”.