Növbədənkənar prezident seçkiləri ilə bağlı qərarın siyasi əhəmiyyəti böyükdür - Politoloq

12:46 08.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Növbədənkənar prezident seçkilərinin keçirilməsi 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra keçirilir”.

Bunu hafta.az-a 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Politoloq bildirib ki, növbədənkənar prezident seçkiləri ilə bağlı qərarın siyasi əhəmiyyəti böyükdür:

“Yəni bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra seçkilərin keçirilməsi deməkdir. Məhz 2018-2023-cü illər arası Azərbaycan həm diplomatiyada, həm hərbi işlərdə uğur qazandı və Azərbaycan Cənubi Qafqazda yeni bir geosiyasi reallıqlar yaradır. Demək olar ki, Azərbaycan yeni bir mərhələyə keçir. Hesab edirəm ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi də labüd idi və yeni hədəflər, yeni təhlükəsizlik çağırışları var. Məhz ona görə də, növbədənkənar prezident seçkisinin keçirilməsinə qərar verildi. Təbii ki, bu illər ərzində Azərbaycan demək olar ki, 200 ildən sonra ilk dəfə ərazi itkisinə məruz qalmadı, əksinə, ərazilərini azad etdi, suverenliyini bərpa etdi. Bundan sonra Azərbaycan həm beynəlxalq müstəvidə, regional müstəvidə öz geosiyasi mövqelərini gücləndirə bildi. Xüsusilə Türkiyə ilə Şuşa Bəyannaməsinin qəbul edilməsi, Mərkəzi Asiyada Xəzər hövzəsinin əsas aparıcı ölkəsi olması, Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşağı üzərində Azərbaycanın məhz 2018-2023-cü illərdə atdığı siyasi addımlardan da dolayı növbədənkənar seçkilərlə bağlı bu qərar verildi”.

Oxunma sayı 60
Siyasət rubrikasından digər xəbərlər