Növbəti köç karvanı Laçın şəhərinə çatıb

18:00 25.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.

Hafta.az xəbər verir ki, iyunun 25-də növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Laçına qədəm qoyan ailələr şəhərdə qarşılanıb.

 

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan​ sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər.

Bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Bununla da, Laçın şəhərində​ ​70​ ailə, yəni​ 266 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki,​ köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.