Ödənişli yolda maşın aşdı

13:38 09.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yük avtomobili aşıb.

Hafta.az xəbər verir ki, Rusiya vətəndaşına məxsus, yük yerində qarpızla dolu olan "DAF" markalı yük maşını idarəetmədən çıxaraq aşıb. 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yük avtomobilinin qarşısına digər yük avtomobilinin çıxması olub. 

Rusiya federasiyası vətəndaşı olan sürücü isə yüngül xəsarətlər alıb. 

Faktla bağlı araşdırma aparılır./unikal/

Ödənişli yolda qarpız dolu yük maşını aşdı - FOTOÖdənişli yolda qarpız dolu yük maşını aşdı - FOTO