Ödənişli yolda qəza olub: ölənlər var

21:48 28.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.

Yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində "Nissan" markalı avtomobil aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva və 59 yaşlı Xalis Babayev aldığı xəsarətlərdən dünyasını dəyişiblər. 

Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 79