Oğuz sakinləri odlu silahları polisə təhvil verib

21:51 12.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri 1-i yivli “TOZ-8” markalı olmaqla qanunsuz saxladıqları ümumilikdə 2 ov tüfəngini könüllü olaraq təhvil veriblər.