Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb

20:29 09.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Axşam saatlarında Oğuz-Kərimli-Yevlax yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Bu barədə hafta.az-a Oğuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Nəticədə avtomobildə olan iki nəfər - 53 yaşlı Sadiq Əhmədov və 44 yaşlı Ruslan Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası xəsarət alanlara yerində ilkin tibbi yardım göstərib və hər iki yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Daha sonra yaralıların vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başlanılıb, təhqiqat aparılır.

Oxunma sayı 54