Oğuzda avtomobillər toqquşub: ölən və yaralananlar var

22:16 13.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün axşam saatlarında Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “Toyota” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.