Oğuzda evdən oğurluq edən şəxs saxlanılıb -VİDEO

12:37 15.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb.

O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib.

"Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib",- deyə məlumatda qeyd edilib.