Yazını böyüt
Yazını kiçilt
Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamaya əsasən oktyabrın 7-dən bu yana İsrail ordusunun hücumu nəticəsində 96 jurnalist həlak olub.
Hafta.az-ın yazdığına görə, açıqlamada son olaraq jurnalist Abdulla Əlvanın Qəzzanın şimalındakı Cibaliya qəsəbəsində İsrail ordusunun həyata keçirdiyi hücumlarda həyatını itirdiyi bildirilib.
Media Ofisindən verilən əvvəlki açıqlamada İsrailin “Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü” bildirilmişdi.