Ölkədə evlənənlər də, boşananlar da artıb

10:40 15.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 19141 nikaha daxilolma qeydə alınıb.

 

Dövlət Statistika Komitəsijdən (DSK) hafta.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya qədər artıb.

 

5 ay ərzində ölkə üzrə 6745 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artmışdır.