Ölkədən kənarda olan seçicilər də səsvermə hüququndan istifadə edə biləcək - MSK sədri

16:20 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Seçki günü Azərbaycandan kənarda olan seçicilər də səsvermə hüququndan istifadə edə biləcək.

Hafta.az Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb:

“Həmin məntəqələrdə 23 mindən artıq seçicinin adı var”.