Ötən ay Pakistanda 311 uşaq pnevmoniyadan ölüb

09:10 05.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın yerli mediasında yer alan xəbərlərə görə, səlahiyyətlilər havanın çirklənməsi, soyuq hava və toz səbəbiylə ötən ay Pəncab əyalətində pnevmoniya hallarının artdığını bildirib.

Hafta.az-ın yazdığına görə, səlahiyyətlilər, yanvar ayında təkcə Pəncabda 19500-dən çox pnevmoniya hadisəsinin aşkar edildiyinə diqqət çəkib və 311 uşağın xəstəlik səbəbiylə öldüyünü bildirib.

Pakistanda hər il 50-60 min uşaq pnevmoniyadan ölür.