Ötən gün 6623 mindən çox insan təxliyə edilib - Zelenski

10:20 20.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün fəaliyyət göstərən 8 humanitar dəhliz vasitəsilə 6 623 nəfəri təxliyə etmək mümkün olub.

Hafta.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski  növbəti videomüraciətində deyib.

"Şənbə günü səkkiz humanitar dəhliz fəaliyyət göstərib. 6 623 nəfəri xilas etmək mümkün olub.  Atəş açıldığına görə biz Kiyev vilayətinin Borodyanka şəhərindən insanları təxliyə edə bilmədik. Amma biz bu cəhdləri davam etdirəcəyik. Ukraynalılar Bervitsa, Buça, Boqdanovkadan Brovarıya təxliyə edilib. Luqansk vilayətinin Lisiçansk, Popasna, Severodonetsk və Rubijne ərazilərində insanlar Baxmuta aparılıb. Mariupolun 4000-dən çox sakini Zaporojyeyə gedə bilib", - deyə prezident bildirib.

 

 

 

Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, Xerson vilayətinə humanitar yardım çatdırmaq mümkün olmayıb.