Ötən gün vətəndaşlardan 9 silah götürüldü

10:53 03.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Azərbaycanda vətəndaşlardan 9 silah götürülüb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

 

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng təhvil götürüblər.