Yazını böyüt
Yazını kiçilt
2021-ci ildə rezidenturanı bitirmiş 583 həkim-mütəxəssis Bakı şəhərində və regionlarda işlə təmin edilib.
Hafta.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Bildirilib ki, 13,9 min həkim və 11,4 min orta tibb işçisi təkmilləşdirmə kurslarından keçib, 4,7 min həkim və 7,3 min orta tibb işçisi sertifikasiya şəhadətnaməsi alıb.