Rusiyanın Leninqrad vilayətinin Ust-Luqa şəhərində işləyən 45 yaşlı Türkiyə vətəndaşı Özbəkistandan olan 22 yaşlı fəhlə tərəfindən bıçaqlanaraq öldürülüb.
Hafta.az-ın yazdığına görə, hadisə aprelin 18-nə keçən gecə Kralkolye məhəlləsi yaxınlığındakı meşəlik ərazidə baş verib. Hər iki fəhlənin eyni tikintidə işlədiyi, gecə saatlarında spirtli içki qəbul etdikdən sonra mübahisə etdikləri və başlayan davanın bıçaqlı hücuma çevrildiyi bildirilib. Həyatını itirən fəhlənin adı açıqlanmayıb.
Leninqrad vilayəti üzrə İstintaq Komitəsinin bəyanatına görə, Türkiyə vətəndaşı bədəninin həyati nahiyələrinin kəsilmiş-deşilmiş xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Özbəkistan vətəndaşı olan şübhəli şəxs saxlanılaraq həbs olunması barədə vəsatətlə məhkəməyə göndərilib. Qətllə bağlı araşdırmalara başlanılıb.