Pakistan hakimiyyəti ötən gün baş verən bombalı hücumlardan sonra seçki dövründə mobil telefon xidmətlərini dayandırıb. Çünki ölkədə əvvəlki hücumların bəzilərində partlayıcılar mobil telefonlarla işə salınıb. Bundan başqa, qonşu Əfqanıstan və İranla da sərhədlər bağlanıb.
Hafta.az-ın yazdığına görə, Pakistanın Daxili İşlər Nazirliyi səsvermə prosesi başlamazdan əvvəl ölkə daxilində mobil telefon xidmətlərinin müvəqqəti dayandırıldığını elan edib. "Qərar seçicilərin təhlükəsizliyini təmin edəcək", - nazirliyin bəyanatında deyilir.
Xatırladaq ki, Bəlucistan əyalətinin cənub-qərbində yerli namizədlərin seçki kampaniyası ofislərini hədəf alan iki bombalı hücumda ən azı 26 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç bildirib ki, səlahiyyətlilər ölkənin Əfqanıstan və İranla sərhədlərinin bir gün müddətinə bağlanmasına göstəriş verib.
İslamabad Kabil administrasiyasını Əfqanıstanda gizləndikləri iddia edilən yerlərdən sərhədyanı hücumlar həyata keçirən yaraqlılara nəzarət etməməkdə ittihamlayır.
Seçki Komissiyası təxminən 90 min səsvermə mərkəzinin yarısından çoxunun zorakılığa məruz qaldığını açıqlayıb.
Daxili İşlər Nazirliyi ölkədə keçirilən seçkilərə 600 minə yaxın təhlükəsizlik işçisinin cəlb olunduğu barədə məlumat paylaşıb.