Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi "prezident seçkisini" pisləyib

10:53 10.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi"ni pisləyib.

Hafta.az-ın xəbərinə görə, Pakistan XİN-nin bəyan edib ki, Qarabağı Azərbaycan Respublikasının suveren ərazisidir.

"Qeyri-qanuni qurulmuş rejim tərəfindən hər hansı qondarma seçkilərin keçirilməsinə cəhdi hüquqi və mənəvi cəhətdən qınayırıq. Bu cür cəhd həm də BMT Nizamnaməsi və formalaşmış beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - deyə vurğulanıb.