Pakistanda baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

20:17 18.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Kəraçi şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Hafta.az Pakistan mətbuatına istinadla xəbər verir ki, şəhərdəki Paracxa-Çovk məhəlləsində baş verən partlayışda 12 nəfərin də yaralandığı bildirilir.

Partlayış zamanı ətrafdakı binalara, ofis mərkəzlərinə və maşınlara zərər dəyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış bank binasında baş verib. İlkin məlumata görə, partlayışa təbii qaz sızması səbəb olub.