Pandemiya bu vaxtda bitəcək - ÜST-dən açıqlama

14:24 05.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası bütün 2021-ci il boyunca davam edəcək.

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

O bildirib ki, pandemiyanın 2022-ci ilin əvvəlinədək bitməsini gözləmək olar:

"Hesab edirəm ki, 2021-ci il də koronavirus ili olacaq. Amma pandemiyaya nəzarət etmək daha asan olacaq. Gözləmək olar ki, pandemiya 2022-ci ilin əvvəlinədək başa çatacaq. Amma bu o, demək deyil ki, virus itəcək".