Yazını böyüt
Yazını kiçilt
2015-ci ildə Paris hücumlarının əsas təşkilatçısı olan ömürlük həbs cəzası alan Salah Abdeslam evlənib. Bu barədə RTL radiostansiyası məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, dini nikah telefonla bağlanıb. Bu, Abdeslamın cəza çəkdiyi Fransa paytaxtının ətraflarında yerləşən Fleury-Merogis həbsxanasından edilib.
29 iyun 2022-ci ildə Abdeslam şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum edildi. O, məhkəmənin qərarından apellyasiya şikayəti verməyib.
2015-ci il noyabrın 13-də axşam saatlarında bir neçə terrorçu qrup Parisə və onun ətrafına hücum edərək 130 nəfəri öldürüb. İlk yarım saatda 90 nəfər ölüb.