Parkda kişi meyiti tapılıb

14:39 07.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda parkda kişi meyiti tapılıb.

Hafta.az xəbər verir ki, hadisə Xırdalan şəhərində parkda qeydə alınıb.

Meyiti tapılan şəxsin 1970-ci il təvəllüdlü İsa Məmmədov olduğu bildirilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılıb.