Partlayış olan ərazidə axtarış-xilasetmə işləri davam etdirilir - VİDEO

22:20 16.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə hafta.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.