Paşinyan yeni müdafiə naziri ilə silah biznesi quracaq...

14:41 16.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş naziri  N.Paşinyan yeni müdafiə naziri Suren Papikyanla birgə silah alveri təşkil edəcək.

Hafta.az xəbər verir ki, bu iddia Ermənistanın “Hraparak” nəşrində irəli sürülüb.

Nəşr yazır ki, Ermənistanın ən məşhur silah alverçisi “Patron Davo" kimi tanınan iş adamı David Qalstyan olub. O isə hazırda həbsdədir. S.Papikyan da Paşinyanın ən etibarlı adamlarından biridir. Buna görə də onun əli ilə  dünyada ən gəlirli sahələrdən olan  silah biznesi qurmaq asan məsələdir...

Xatırladaq ki,  44 günlük savaşdan  bir az öncə  2020-ci ilin  iyulunda  Rusiyanın “The Moscow Post” qəzeti Ermənistan baş naziri Nikol Paşinyanın gizli silah alveri və bu ticarətin Yerevan-Moskva münasibətlərini necə gərginləşdirdiyinə dair maraqlı araşdırma dərc etmişdi. Həmin materialda Paşinyanın silah alverində hətta Rusiya lideri Putinə də "atması”ndan bəhs olunmuşdu.