Paşinyanı Türkiyədə kim qarşıladı... - FOTOLAR

18:17 03.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hökuməti Nikol Paşinyanın Türkiyəyə səfəri ilə bağlı informasiya yayıb.

Hafta.az xəbər verir ki, bu məlumatı “Hraparak” təqdim edib.

Məlumatda deyilir:

“Baş nazir Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gəlib. Baş naziri Ermənistan Milli Assambleyasının sədr müavini, Ermənistan-Türkiyə dialoq prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Ermənistan baş nazirini  Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç qarşılayıb.