Paşinyanın arvadı biabır oldu

15:49 22.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nikol Paşinyanın arvadı Anna Akopyan yenidən kuryoz vəziyyətlə üzləşib və gülüş hədəfinə çevrilib. O, ərinin seçkiqabağı kampaniyası çərçivəsində Gorusa səfər edib və  buradakı məktəbin idman zalının açılışına qatılıb.

Hafta.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, daha əvvəl Sünik vilayətinin başçısı Melikset Poqosyanın iştirakı ilə həmin məktəbdəki idman zalının açılışı olub.

Məlumata görə, məktəbin idman salonunun açılışı 2021-ci ilin 26 aprel tarixində baş tutub.

Anna Akopyan burada yalnız qubernator, qubernator köməkçisi və Sünik millət vəkili ilə görüşə bilib.

O, 44günlük müharibədə ölən erməni hərbçilərin ailələrini ziyarət etmək istəsə də, onlar Paşinyanın arvadı ilə görüşü rədd ediblər.