Bütün Rusiyanın və Moskvanın Patriarxı Kirill sülh dövründə səfərbərlik çərçivəsində üç və ya daha çox uşağı olan ataların orduya cəlb edilməsini qadağan etməyə çağırıb. O hesab edir ki, bu, Rusiyada demoqrafik vəziyyətin yaxşılaşmasına kömək edəcək.
Hafta.az-ın yazdığına görə, Federasiya Şurasındakı Milad parlament iclaslarında etdiyi çıxışında bu məsələni gündəmə gətirən Patriarx Kirill “Əhalimizdə minimum da olsa real artımı təmin edən üç uşaqlı ailələrdir” deyib.
“İnsanları xilas etmək və Rusiyada doğum səviyyəsini artırmaq üçün düşünürəm ki, üç və ya daha çox uşağı olan babaların dinc dövrdə səfərbər edilməsinə federal səviyyədə qanuni qadağa qoyulması vacibdir. Mövcud qanuna görə, dörd uşaq atasının təxirə salmaq hüququ var”, - Patriarx Kirill bildirib.
Vladimir Putin 21 sentyabr 2022-ci ildə qismən səfərbərlik elan edib və oktyabrın 31-də onun başa çatdığını bildirib, lakin ayrıca fərman imzalamayıb. Ekspertlər iddia edirlər ki, Putinin hərbi əməliyyatlar bitənə qədər səfərbər olunanların orduda iştirakı ilə bağlı verdiyi qərar qüvvədədir.
Qismən səfərbərlik çərçivəsində orduya 302,5 min rusiyalı çağırılıb. Milli Müdafiə Nazirliyinin məlumatına görə, 800 mindən çox insana təxirə salınma hüququ verilib. Qanuna əsasən, himayəsində 16 yaşınadək dörd və ya daha çox uşağı olan vətəndaşlar, eləcə də 8 yaşınadək dörd və ya daha çox uşağı olan tək analar möhlət ala bilərlər.
Bu gün, yanvarın 23-də Vladimir Putin üç və ya daha çox uşağı olan ailənin çoxuşaqlı ailə hesab edilməsi haqqında fərman imzalayıb.