Yazını böyüt
Yazını kiçilt
2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün 3590 tələbə müraciətini yekunlaşdırıb. Bu tələbələrdən 1116 nəfəri sosial, 1783 nəfəri standart təhsil tələbə krediti alıb. 691 tələbənin müraciətindən imtina olunub.
Hafta.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabatı təqdim edərkən deyib.
O məlumat verib ki, Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünür - birinci qrupa sosial həssas tələbələr daxildir, ikinci qrup isə standart kreditdir.