Paytaxtda məktəb direktorlarının fəaliyyəti təhlil olunur

12:49 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəb direktorlarının 5 illik hesabatları dinlənilir və müvafiq dövrü əhatə edən fəaliyyət təhlil olunur.

 

İdarədən hafta.az-a bildirilib ki, dinlənilmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak edirlər.

 

Hesabatların keçirilməsində əsas məqsəd 5 il ərzində məktəb direktorunun ümumi fəaliyyətini dəyərləndirmək, məktəbin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələri rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

 

Qeyd edilən məsələlərlə bağlı müvafiq tövsiyələr verilir, direktorları maraqlandıran suallar cavablandırılır və qarşılıqlı fikir mübadiləsi aparılır.