Paytaxtda silah-sursat aşkarlanıb

13:26 07.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda silah-sursat aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sonuncu tədbirlə Sabunçu və Binəqədi rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança və 9 ədəd patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.