Paytaxtın bu ərazilərində qaz kəsiləcək

21:42 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

Hafta.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.