Evin çardağından yıxılaraq öldü

16:36 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda bədbəxt hadisə baş verib. 

Hafta.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. 

Belə ki, evin dam örtüyündə təmir işləri aparan şəhər sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.