Araz çayında batanların axtarışına dalğıclar cəlb edilib

11:33 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunda 11-ci sinif şagirdi Araz çayında boğulub, əraziyə dalğıclar cəlb olunub.

Hafta.az xəbər verir ki, batan şəxsin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunub, axtarışlar davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında Araz çayının İmişli rayonu Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. T.Mirişli çaya düşüb və boğulub.