Filippində hava limanı bağlandı

11:20 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Filippində baş verən 7,8 bal gücündə zəlzələdən sonra General Santos Beynəlxalq Hava Limanında əməliyyatlar müvəqqəti dayandırılıb.

Hafta.az ölkənin PNA agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Mülki Aviasiya İdarəsi (CAAP) məlumat yayıb.

Bildirilib ki, hava limanının təhlükəsizliyi məqsədilə hazırda hava naviqasiya sistemləri və avadanlıqlar yoxlanılır.

Sərnişinlərə uçuşlarla bağlı məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamaq tövsiyə olunub.

Xatırladaq ki, Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb.