Şahmatçımız Özbəkistandakı turnirə qələbə ilə başlayıb

11:06 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda şahmat üzrə “UzChess Cup” adlı ənənəvi beynəlxalq turnirə start verilib.

Hafta.az xəbər verir ki, Şahmat Federasiyasının məlumatına görə, ən güclülərin yarışdığı “Masters” bölümündə Azərbaycanı milli komandanın üzvü Şəhriyar Məmmədyarov təmsil edir. I turda təmsilçimiz Hindistan şahmatçısı Vidit Santoş Qucratiyə qalib gələrək yarışda ilk xalını qazanıb.

Qeyd edək ki, turnirin “Challenge” bölməsində ölkəmizin iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında ilk turun partiyaları bu gün oynanılacaq.

Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.