Yazını böyüt
Yazını kiçilt
Qazaxıstan yükdaşıyıcıları artıq Azərbaycan, Türkiyə və Qırğızıstana giriş icazələri üçün onlayn müraciət edə bilərlər.
Hafta.az “egov.kz” portalına istinadla xəbər verir ki, “elicense.kz” veb-saytı xarici icazələrin alınması üçün təyinat yerlərinin siyahısını genişləndirib.
Xarici icazə Qazaxıstan yükdaşıyıcısına müəyyən bir xarici ölkənin ərazisindən yük daşımaq hüququ verən sənəddir. Qazaxıstan bu cür icazələri ikitərəfli qaydada mübadilə edir.
Nəqliyyat vasitələrinin Qazaxıstanda qeydiyyatdan keçdiyi və beynəlxalq daşımalar üçün təsdiqlənmiş hüquqi şəxslər və fərdi sahibkarlar bu xidmətdən istifadə edə bilərlər.