Türk dünyası daxilində əlaqələr daha da gücləndirilir

08:30 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu Ankarada Azərbaycan Milli Məclisinin üzvləri Tənzilə Rüstəmxanlı və Səbinə Salmanova ilə görüşüb.

Hafta.az xəbər verir ki, AK Partiyasının Baş Katibliyində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, eləcə də Türk dünyası daxilində əlaqələrin gücləndirilməsinə yönəlmiş layihələr müzakirə olunub.

Həmçinin Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı səylərin gücləndirilməsinə sadiq olduğu vurğulanıb.