Krımda "Hər evə bir bayraq" kampaniyası başladı

10:24 05.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Krım Tatar Resurs Mərkəzi, işğal altındakı Krımda 26 iyun Krım Tatar Milli Bayraq Günündən əvvəl milli kimliyi və mənsubiyyəti qorumaq üçün böyük bir vətəndaş hərəkatının başladığını bildirib. Krımda yaşayan tatar gənclər milli simvolları yaşatmaq və evləri bayraqlarla bəzəmək üçün "Hər evə bir bayraq" adlı yeni bir sosial təşəbbüs başladıblar.

Hafta.az yazır ki, Krım Tatar Resurs Mərkəzinin açıqlamasına görə, sosial mediada "crimeaflag" komandası tərəfindən təşkil edilən layihə, əslində yarımadada yaşayan insanların güclü tələbi və mesajlarına cavab olaraq həyata keçirilib. Layihənin bir hissəsi olaraq, Krımın Levadki kəndində nəhəng 12 metrlik bayraq dirəyi ucaldılıb və xüsusi avadanlıqlardan istifadə edərək davamlı materiallardan yeni Krım Tatar milli bayrağı (Taraq Tamgalı Gökbayrak) hazırlanıb.

Təşəbbüs tərəfdaşları Krım Tatar bayrağını yalnız rəsmi mərasimlərdə dalğalanan bir simvoldan hər Krım tatar ailəsinin gündəlik həyatının ayrılmaz hissəsinə çevirməyi hədəfləyirlər. Məqsədlərinin evlərdə milli bayrağın olmasını dərin köklərə malik və gözəl bir ailə ənənəsinə çevirmək olduğunu bildirən gənclər, Krım daxilində və xaricindəki bütün soydaşlarını bu kampaniyaya dəstək olmağa çağırıblar.