Yazını böyüt
Yazını kiçilt
Qırğızıstanda uşaqlar ölkə əhalisinin 37 faizini təşkil edir.
Hafta.az Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, uşaqların 51 faizini oğlanlar, 49 faizini isə qızlar təşkil edir. Ötən ilin əvvəli ilə müqayisədə uşaqların sayı 15 min nəfər artıb.
Məlumata görə, uşaqların 63 faizi kənd yerlərində, 37 faizi isə şəhərlərdə yaşayır.
Statistikaya əsasən, 2025-ci ildə ölkədə 140 mindən çox uşaq doğulub. Hazırda Qırğızıstanda 2 mindən çox məktəbəqədər təhsil müəssisəsində 276 mindən artıq, 2 min 400 ümumtəhsil məktəbində isə 1,6 milyon şagird təhsil alır.