ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edir?

08:52 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ administrasiyası Almaniyaya “Tomahawk” qanadlı raketlərinin tədarükü planlarından imtina edə bilər.

Hafta.az xəbər verir ki, Vaşinqton Avropada uzunmənzilli raketlərin yerləşdirilməsinin Moskvanın cavab tədbirlərinə səbəb ola biləcəyindən ehtiyat edir.

Qərara ABŞ-nin hərbi ehtiyatlarının azalması ilə bağlı narahatlıqların da təsir göstərdiyi bildirilir. Qeyd olunur ki, Almaniya artıq “Tomahawk” raketlərinə alternativlər axtarmağa başlayıb və öz uzunmənzilli silah sistemlərinin inkişafını sürətləndirməyi nəzərdən keçirir. ABŞ qoşunlarının Avropadan çıxarılması ehtimalı da Almaniyada əlavə narahatlıq doğurur./“Politico”/